MƏŞHUR ŞƏMKİRLİ BİZNESMEN BELƏ SAXLANILDI – Diz üstə qoydular + VİDEO

31-03-2018, 17:57   



Azərbaycandan olan biznesmen Məhərrəm Həsənovun (“Pokrovka Məhərrəm”) Moskvada tutulmasının yeni videosu yayılıb.Videodan görünür ki, biznesmen “SOBR” döyüşçüləri tərəfindən saxlanılıb.
Qeyd edək ki, Azərbaycandan olan biznesmen Məhərrəm Həsənov (daha çox “Pokrovka Məhərrəm” kimi məşhurdur) Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Virtualaz.org bildirir ki, sosial şəbəkələrdə polislərin Məhərrəmi qandallamalarını və dizləri üstə qoymalarını əks etdirən video yayılıb. Məhərrəm Həsənovun tutulmasının səbəbləri məlum deyil.

Qeyd edək ki, Məhərrəm Həsənov Rusiyada “tərəvəz mafiyası”nın əsas fiqurlarından biridir. Fəallığının pik dövründə Şəmkir rayonundan gələn M.Həsənov Azərbaycandan kənd təsərrüfatı məhsullarının Moskvaya çatdırılmasının əhəmiyyətli hissəsinə nəzarət edirdi.
“Pokrovka” ləqəbini Məhərrəm Pokrovski tərəvəz bazası sayəsində alıb. 2014-cü ilə qədər qalmaqallı Pokrovka Moskvanın ən məşhur və böyük meyvə-tərəvəz topdansatış bazası idi.
Məhərrəm Həsənov və onun qardaşı Rövşən “Azfrut” şirkəti vasitəsi ilə praktiki olaraq bazarın ərazisinə gələn bütün yük maşınlarına (“fura”lara) nəzarət edirdilər. Qeyri-rəsmi məlumatlara görə, Həsənov qardaşları hər maşından 500 dollar “haqq” alırdılar. Bu pulun bir hissəsi bazarın real sahibləri İqor İsayevə və Əliəshab Hacıyevə gedirdi, hansılar ki, “Yeni Çeremuşki” şirkətinin təsisçiləri idilər.

“Pokrovka”nın həyatında qara zolaq 2013-cü ilin sonunda başladı. 10 oktyabr 2013-cü il gecəsi Yeqor Şerbakovun qətli Biryulyevoda kütləvi qarışıqlıqlara gətirib çıxardı: sakinlərin etnik cinayətlərə qarşı “xalq qisası” “Firuzə” ticarət mərkəzinin və “Pokrovski” tərəvəz bazasının dağıdılmasına qədər böyüdü. Qarışıqlıqların yatırılması üçün Xüsusi Təyinatlı Milis Dəstəsindən (“OMON”) istifadə edildi. 30 yaşlı azərbaycanlı Orxan Zeynalova qarşı ittiham irəli sürüldü və o, 2014-cü ilin iyulunda 17 il müddətinə azadlıqdan məhrum edildi.

Bazanın bağlanması haqda məhkəmə hökmü “Rospotrebnadzor”un təqdimatı əsasında Şerbakovun qətlindən altı gün sonra qəbul edildi. Yoxlamanın nəticəsinə görə, idarə “Pokrovski”də çoxsaylı sanitar-texniki norma pozuntusu aşkar etdi. Moskvanın meri Serqey Sobyanin onda bildirmişdi ki, baza “çətin ki, yenidən açılsın”.

“Pokrovka”nın bağlanması Azərbaycandan olan Qod Nisanovla Zarax İliyevinmövqelərini gözlənilmədən möhkəmləndirdi, hansılar ki, “müqəddəs yer boş qalmır” prinsipindən istifadə edib “Fud-siti” adlı böyük aqroklaster yaratdılar.Pokrovkadakı Azərbaycan tacirlərinin əksəriyyəti “Fud-siti”yə köçdülər və onu Moskvanın ən böyük meyvə-tərəvəz mərkəzlərindən birinə çevirdilər.

“AzPolitika.info” onu da qeyd edir ki, “Pokrovka” ləqəbini Məhərrəm Pokrovski Azərbaycan şou-biznesində olan xanım müğənnilərin “sponsoru” kimi də ad çıxarıb. Şou-biznesdə olan xanım müğənnilərin əksəriyyəti onun pulundan bəhrələnib.  

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.