ABŞ-ın Sankt-Peterburqdakı Baş konsulluğu fəaliyyətini dayandırıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, son diplomatları daşıyan "Freightliner" markalı mikroavtobus bazar gününə keçən gecə konsulluq binasını tərk edib.
Baş konsulluq Vaşinqtonun Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın işi üzrə Moskvanın tələbi ilə bağlanıb.