Rusiyanın Tümen vilayətinin Daxili İşlər İdarəsinin qərargah rəisi, azərbaycanlı polis polkovniki İslam İmanov martın 30-dan 31-nə keçən gecə yerli restoranlardan birində bir qrup gənclə dalaşıb.
Virtualaz.org “Komsomolskaya Pravda” qəzetinin Tümen əlavəsinə istinadən xəbər verir ki, hadisə Yevgeni Boqdanoviç küçəsindəki restoranlardan birində baş verib, ancaq davanı birinci kimin başlatdığı məlum deyil.
Tümen Daxili İşlər İdarəsinin mətbuat xidməti bildirib ki, polkovnik İmanovla gənclər arasında dava xidmətdən kənar vaxtda, onun yerli restoranlardan birində istirahəti zamanı baş verib. “Hazırda xidməti araşdırma aparılır, araşdırmanın nəticəsinə əsasən hadisəyə qanunvericilyə uyğun qiymət veriləcək”-açıqlamada bildirilir.
Məlumata görə davanın hər iki iştirakçıları polisə şikayət ərizəsi verib, xəsarətlə bağlı həkimə müraciət edən olmayıb. İslam Nurulla oğlu İmanov 1969-cu ildə Bakıda anadan olub, ali təhsillidir. 1995-ci ildən Rusiya daxili işlər orqanlarında işləyir, Tümenin Kalinin rayonu daxili işlər idarəsində işləyib, həmin rayonun polis rəisi vəzifəsinə qədər yüksəlib.
Virtualaz.org