Gecə mesajları, qaranlıq həyat

16-06-2014, 01:25   
Gecə mesajları, qaranlıq həyat
Gecə vaxtı mobil telefonlardan istifadə çox təhlükəlidir.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, ekspertlər ekranın işığının gözlərə təsirinin hətta korluqla bitəcəyi barədə xəbərdarlıq edirlər.

Çinin 26 yaşlı bir sakini buynuzlu qişanın aralanması səbəbilə az qala kor olacaqdı. Səbəb isə bu olub ki, o, bir həftə ərzində gecə vaxtı sevgilisilə dayanmadan mesajlaşıb. Cərrahlar görmə qabiliyyətini bərpa etmək üçün gənci təcili əməliyyata götürüblər.

Məlumdur ki, buynuzlu qişa işığa həssas elementdir, o, görmə nervi vasitəsilə siqnalları baş beyinə ötürür. Qişanın aralanmasını gözlərin qarşısında ani işıq parlamaları və ya görmə zonasında ləkələrin peyda olması ilə anlamaq olur. Adətən belə hallar yaşlı insanlarda rast gəlinirdi. İndi isə mobil telefon və fərdi kompüterlərin istifadəsi səbəbindən belə hallar daha çox cavanlarda rast gəlinir.

Mobil qurğuların ekranı gözləri əlavə olaraq yükləyir. İşıqlandırmanın parlaqlığından savayı, şəkillərin ikiölçülülüyü də vacib rol oynayır. İş burasındadır ki, insan gözü 3-ölçülü obyektləri ayırd etmək üçün yaranıb. Burada isə o, daim uyğunlaşmalı olur.

Bildirək ki, 1997-ci ildən sonra, ilk smartfonlar yarandığı vaxtdan indiyədək yaxını görmə halları 35% artıb. Yaxın 10 ildə isə bu göstərici 50%-ə qalxa bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.