Müdafiə Nazirliyi cəbhə bölgəsində şəhid olmuş hərbçi ilə bağlı məlumat yayıb.
Virtualaz.org saytı nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 15-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. Nəticədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayonundan hərbi xidmətə çağırılmış, kiçik çavuş 1994-cü il təvəllüdlü Kərimov Səməndər Fazil oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kiçik çavuş Səməndər Kərimov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir.