Berlinde “İnnovate Heritage”: incəsənət və irs arasında dialoq” adlı konfrans keçirilib.
Dünyanın 20 ölkəsindən gələn incəsənət xadimləri müxtəlif mühazirə, panel, seminar, sərgi və film nümayişlərində iştirak ediblər.
Konfransın əsas ideyası rəssam və alimlər arasında əlaqə qurmaqdan, son nəzəri və praktiki nailiyyətlərin müzakirə oluna biləcəyi platforma yaratmaqdan ibarət olub.
Tədbir çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycanın mədəni irsinin təqdimatı keçirilib. Tamaşaçılar təqdim edilən muğam nümunələrini, xalça və rəsm əsərlərini maraqla qarşılayıblar.
Daha sonra qonaqlara Azərbaycan mətbəxinin ləziz nemətlərindən olan novruz şirniyyatları paylanıb.
Canlı yayımlanmış konfransi bütün dünyada izləmək mümkün olub.