Türkiyə F-16 qırıcıları İraqın Mosul şəhəri üzərində kəşfiyyat xarakterli uçuşlar həyata keçirib.
ANS PRESS-in məlumatına görə, Türkiyə Hərbi Hava Qüvvələri bu gün səhər saat 07 radələrində 3 F-16 qırıcısını İraqa göndərib.
Türkiyə HHQ qırıcıları Mosula girməzdən əvvəl pilotsuz təyyarələri bölgəyə göndərib. Pilotsuz təyyarələr Mosul səmasında bir neçə dəfə uçuş həyata keçirərək ərazidən fotoşəkillər göndərib.
Fotoşəkillər vasitəsilə Mosulda F-16-ların həyata keçirəcəyi uçuşların kordinatları müəyyən edilib. Bundan sonra qırıcılar Mosul səmasında kəşfiyyat xarakterli uçuşlar həyata keçirərək geri dönüb.