Britaniya təyyarələri Suriyaya zərbəyə hazırdır – QƏRB MƏTBUATININ XÜLASƏSİ

12-04-2018, 10:40   

 

Britaniya Hərbi Hava Qüvvələri Suriyaya mümkün zərbə üçün döyüş hazırlığındadır.

Yenicag.az xəbər verir ki, bu haqda Britaniya hökumətindəki mənbələrinə istinadən “The Times” qəzeti məlumat yayıb.

“BBC” telekanalı isə şəxsi mənbələrinə istinadən bildirib ki, Tereza Mey Britaniya parlamentinin razılığı olmasa belə Suriyanın hakimiyyət güclərinə qarşı hərbi əməliyyatlara qoşulacağını deyib.

“Daily Telegraph” qəzeti də məlumatı təsdiqləyərək qeyd edib ki, baş nazirin göstərişinə görə, Britaniya sualtı gəmiləri raket zərbələrinə hazır vəziyyətdə Suriya sahillərinə tərəf yaxınlaşıb.

Xatırladaq ki, bazar ertəsi ABŞ prezidenti Donald Tramp Suriya hakimiyyətini hərbi xarakterli tədbirlərin görüləcəyi ilə hədələmişdi.

Zaur H.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.