Türkiyədə etiraz aksiyası zamanı 1 nəfər öldü

16-06-2014, 10:34   
Türkiyədə etiraz aksiyası zamanı 1 nəfər öldü
Türkiyənin Adana şəhərinin mərkəzi Seyhan rayonunda icazəsiz etiraz aksiyası insan ölümü ilə nəticələnib. ANS PRESS-in məlumatına görə, Diyarbəkirin Lice rayonunda bayrağın endirilməsi ilə bağlı hadisələrə etiraz olaraq keçirilən aksiya zamanı iğtişaşlar nəticəsində 15 yaşlı yeniyetmə ölüb.

Polis yolu bağlayan etirazçılara dağılmaları ilə bağlı xəbərdarlıq etsə də, aksiya iştirakçıları polisə fişəng və Molotoff kokteyli atıblar. Təhlükəsizlik qüvvələri aksiyaya su şırnağı və gözyaşardıcı qazla müdaxilə edib. İğtişaşlar zamanı etirazçıların kustar üsulla hazırlanmış partlayıcı qurğudan da istifadə etdikləri bildirilir.

Yeniyetmənin ölüm səbəbi isə məhkəmə-tibb ekspertizasının rəyindən sonra məlum olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.