Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya dəliyə DÖNƏCƏK: Türkiyədən qalxan qırıcılar... - ŞOK İDDİA

14-04-2018, 13:20   
 

ABŞ, İngiltərə və Fransanın gecə saatlarında Suriyaya raket zərbələri endirməsindən sonra gözlər Amerika güclərinin yerləşdiyi Türkiyənin Adana vilayətindəki İncirlik hərbi hava bazasına çevrildi.
Publika.az xəbər verir ki, ABŞ-ın CNN International” kanalı ABŞ və müttəfiqlərinin Suriyaya hücumunda İncirlik bazasından da istifadə edildiyini iddia edib.
Rusyanın Müdafiə Nazirliyinin məlumatında zərbələrin Qırmızı və Aralıq dənizlərinin akvatoriyalarda yerləşən təyyarədaşıyan gəmilərdən, həmçinin Suriyadakı Et-Tanf aerodromundan endirildiyini açıqlansa da, kanalın canlı yayımında göstərilən xəritədə İncirlik bazası da yer alıb.
Lakin Türkiyə KİV-inin xəbərinə görə, İncirlikdə hər hansı hərəkətlilik müşahidə edilməyib. Əməliyyat saatlarında bazaya 1 helikopterin endiyi, bir silahlı pilotsuz uçuş aparatının isə qalxdığı bildirilir.
Məlumata görə, bazada ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı və Qətərin təyyarələri ilə yanaşı, Türkiyə Hərbi-Hava Qüvvələrinin 10-cu tanker baza komandirliyi yerləşir.
Qeyd edək ki, bu gün ABŞ, İngiltərə və Fransa Suriyaya 103 qanadlı raket atıb. Rusiya Baş qərargahının məlumatına görə, bunlardan 71-i zərərsizləşdirilib.
Ömər Dağlı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar