Azərbaycan demokrat partiyasından verilən məlumata görə partiyanın Xətai rayonu gənclər təşgilatının sədiri Namiq Muradlı polis və mülki geyimli şəxslər tərərfindən axtarılmaqdadır. Belə ki partiyaya zəng edən Namiq bəyin ailə üzvüləri evlərinin polis əməkdaşları tərəfindən nəzarətdə olduğunu bildirir. Onun bildirdyinə görə iki gün öncə evlərinə gələn bir mülki geyimli şəxs və iki polis əməkdaşı öncə Namiq Muradlının harada olmasını soruşmuşlar,aldıqları cavabdan hiddətlənən polis əməkdaşları evə zorla girərərk evdə axtarış aparmış və Namiq bəyə aid olan bir çox sənət və materyalları özləri ilə aparmışlar.
P.S.Xatırladaqki,Namiq Muradlı Azərbaycan demokrat partiyasının Xətai rayonu gənclər təşgilatının sədridir,Namiq bəy Azərbaycanda olduğu müddətdə bir çox mitinq və aksiyaların fəal iştirakçısı və təşkilatçılığından başqa,mətbuatda gedən köşə yazılarına görədə dəfələrlə polis və mülki geyimlilərin təziq və təhdidi ilə üzləşmişdir.
ADP mətbuat xidməti