Bu qəribə hadisə Yaponiyada baş verib. Onlar kişinin vəfat etmiş həyat yoldaşının yatdığı xəstəxanada tanış olublar. Qadın da onun arvadı ilə bir palatada yatıb.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 85 yaşlı Takeo Nitta ötən ilin noyabr ayında qadına bir neçə ismarış göndərərək onunla görüşə gəlməyi xahiş edib. Qadın dəfələrlə 85 yaşlı Takeo Nittanın hərəkətlərindən polisə şikayət etsə də, onu ciddi qəbul edən olmayıb. Bu ilin may ayında isə zorla qadının evinə girib. Nəticədə iyunun onunda 85 yaşlı kişi tutulub.