Aprel döyüşlərinin qəhrəmanı özünü öldürdü FOTO

21-04-2018, 09:16   


2016-cı ilin aprelində Lələtəpə yükəskliyi uğrunda gedən döyüşlərinin iştirakçısı Fazil Abdiyev intihar edib. Bu barədə criminal.az saytı məlumat yayıb.
Məlumatda deyilir ki, aprel döyüşlərində böyük igidlik göstərmiş 26 yaşlı Abdiyev aprelin 19-da Tovuzda yaşadığı evin həyətindəki tövlədə özünü asıb.

Tovuz rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Yaşar İbrahimov keçmiş döyüşçünün nəyə görə intihar etdiyinin bilinmədiyini deyib: “Ali təhsilli idi. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdi. Çox sakit, ağıllı oğlan idi. Aprel döyüşlərində ağır yaralanmışdı. Hətta bu gün yasda eşitdim ki, bir müddət ölən əsgərlərin içərisində qalıb, sonradan sağ öldüğunu bilib, hospitala çatdırıblar. Hərbi xidməti başa vuranda sonra işlə təmin edilmişdi, tikinti şirkətində iş icraçısı işləyirdi. Dünən qardaşı və atası iş dalınca gedib. Xəstəxanada tibb bacısı işləyən anası isə növbədə olub. Evdə heç kimin olmamasından istifadə edən Fazil özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil. Lakin ölümündən bir neçə gün əvvəl qonşularına deyib ki, yoldaşlarının ölümü ona pis təsir edib. ”Niyə onlar öldü, mən ölmədim” deyərək təəssüflənib. Görünür, müharibə, döyüşlər onda acı iz buraxıbmış…”.





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.