Bu gün, aprelin 20-də saat 12 radələrində Bakıda, İbrahimpaşa Dadaşov küçəsində minik avtomobili yanıb.
Hadisə şahidlərinin “Basta”ya verdiyi məlumata görə, olay Bakıda Tenis Akademiyasının qarşısında baş verib.
FHN-nin əməkdaşları gec gəldiyindən maşının sahibi yanğını vedrə ilə su daşıyaraq söndürüb.
Yanğın söndükdən sonra hadisə yerinə gələn yanğınsöndürənlər isə susuz gəlib.
.
Fotolardan da, göründüyü kimi hadisə yerinə gələn iki yanğınsöndürən maşının birində su yoxdur. FHN əməkdaşları bir maşından digərinə su keçirməyə çalışırlar.
Bastainfo.com