Ən populyar xəbər saytı "bomba partlatdı"

16-06-2014, 10:57   
Ən populyar xəbər saytı "bomba partlatdı"
Dünyanın ən böyük və ən populyar ingilisdilli saytı olan Mail Online kütləvi informasiya vasitələri bazarında kimsənin ağlına gətirə bilməyəcəyi gediş edib.

Milli.Az bildirir ki, Britaniyanın The Daily Mail qəzetinin onlayn versiyası olan Mail Online rəqəmsal mediada "Tanrı" ləqəbi ilə tanınan Con Şteynberq ilə anlaşıb. C.Şteynberq bundan sonra Mail Online-ın Şimali Amerika versiyasının baş icraçı direktoru vəzifəsində çalışacaq.

Con Şteynberq 4 il dünyanın ən populyar xəbər aqreqatorlarından biri Buzzfeed-in prezidenti və baş əməliyyat direktoru olub.

Mail Online-ın baş direktoru Martin Klarkın dediyinə görə, The Daily Mail-in onlayn versiyası ABŞ və Kanada üçün xüsusi xəbərlər buraxılışı hazırlamağa başladığı ilk gündən bəri ötən iki il ərzində Şimali Amerikada populyarlığa görə 2-ci xəbər saytına çevrilib.

Con Şteynberq Buzzfeed-də işə başlayanda bu xəbər aqreqatoru adi saytdı və onun cəmi 15 əməkdaşı vardı. İndisə Buzzfeed 543 işçiyə malik nəhəng media strukturuna çevrilib. Eyni zamanda C.Şteynberq dünyada ilk mass-media rəhbəri oldu ki, 100-dən artıq korporasiya və konsernlə əməkdaşlıq anlaşmalarına nail oldu, daha sonra isə Facebook, Google, WhatsApp və YouTube-la birgə biznes layihələrini həyata keçirməyə başladı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.