Sumqayıt şəhərində qətl hadisəsi törədilib.
Report-az xəbər verir ki, hadisə Abşeron-Sumqayıt ərazisini birləşdirən Saray qəsəbəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.
Abşeron rayon Saray qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əsgərov Sücayət Əhməd oğlu naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs Reanimasiya Şöbəsində dünyasını dəyişib.
Sücayət Əsgərov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.