Elmar Vəliyev qasırğadan da qazanmaq istəyir

16-06-2014, 11:34   

Qasırğanın nəticələrini aradan qaldırmaq üçün sahibkarlardan pul tələb olunur

Ölkənin ikinci paytaxtı sayılan qədim Gəncə şəhərində baş verən təbii fəlakətlə bağlı demək olar ki, bütün rəsmi və qeyri-rəsmi mətbuat vasitələri yazır.
Qafqaz Xəbər Agentliyinə daxil olan məlumata görə, fövqəladə toplantı keçirən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bütün sahibkarlara və iş adamlarına qəti tapşırıq verib ki, şəhərdə baş verən qasırğanın yaratdığı fəsadları aradan qaldırmaq üçün hər biriniz konkret miqdarda pul verməlisiniz.
Əlbəttə nəinki sahibkar və iş adamlarının, hətta sıravi vətəndaşların da borcudur ki, çətin durumda kömək əlini uzatsın. Ancaq Elmar Vəliyev kimi bəzi məmurlar hətta təbii fəlakətdən də istifadə edərək özləri üçün “gəlir” əldə edirlər. Axı, dövlətimizin hər cürə imkanları var ki, istənilən təbii fəlakəti öz hesabına aradan qaldırsın. Amma görünür Elmar müəllim kimi bəzi məmurlar uca Allahın yaratdığı təbii fəlakəti də rüşvət mənbəyinə çevirmək istəyirlər.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.