"Quli"nin yeni "döyüş meydanı" - Baltikyanıda onu nə gözləyir?

25-04-2018, 08:48   


 “Qanuni oğru” Nadir Səlifov (Lotu Quli) indi də Baltikyanı ölkələrdə nəzarəti ələ keçirməyə çalışır.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, yerli Azərbaycan diasporasının nümayəndələri onun adından himayədarlıq təklif edən insanların əlindən cana yığıldıqlarını deyirlər. Həmin şəxslər diaspor nümayəndələrinə belə bir təklifi qəbul etməsələr nə Baltikyanıda, nə də dünyanın digər bir nöqtəsində yaranacaq problemlərini həll etmək üçün heç kimdən kömək əldə etməyəcəklərini bildirirlər.
Xüsusi xidmət orqanlarının əməkdaşları hesab edirlər ki, bu cür açıq-aşkar nümayiş olunan fəallıq bazara daha öncədən nəzarət edən qruplaşmaların diqqətindən kənarda qalmayacaq. Nadir Səlifova qarşı çıxa biləcək başlıca fiqur isə Ada Zuqdidski kimi tanınan “qanuni oğru” Zurab Şamuqiyadır.
Şamuqiya Latviyada xüsusi təsir gücünə malikdir. Gürcüstandan gələn bu avtoritet 2000-ci illərdə burada son həbs müddətini başa vurduqdan sonra bu Avropa ölkəsində qalmaq qərarına gəlib. 2016-cı ildə Estoniya mafiyasının lideri Nikolay Tarankovun öldürülməsindən sonra Şamuqiyanın regiondan nüfuzu daha da artıb. Bəziləri hətta onu Baltikyanıda 1 nömrəli “qanuni oğru” hesab edirlər. Nəzərə də alaq ki, Şamuqiya bu zamana qədər  postsovet ölkələrindən birində məskunlaşmaq istəyən “qanuni oğru” və avtoritetlərlə uğurla mübarizə aparıb. Məlumata görə, Şamuqiya Riqada nəzarət etmək istəyən Cemal Mikeladzenin (Cemo) də öhdəsindən gələ bilib. Son nəticədə Cemo ölkəni tərk etməli olub.
Deməli, Qulinin aktivliyinin yayılmasının qarşısını da məhz Şamuqiya alacaq. Məlumata görə, “Lotu Quli” Baltikyanıda nəzarət eməyi qarşısına məqsəd qoyub və bunun üçün mümkün olan hər şeyi edəcək. Buradan belə aydın olur ki, yerli hüquq-mühafizə oprqanlarını bundan sonra “əyləncəli” dövr gözləyir.
Bundan əlavə Baltikyanı Qulinin təsir gücünü genişləndirməsi və Moskvada, Avropada düşmənlərinə yeni zərbə vurması üçün uğurla seçilən məkan ola bilər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.