Saatlıdakı yas mərasimində vəhhabi-şiə davası düşdü

16-06-2014, 14:07   
Saatlıdakı yas mərasimində vəhhabi-şiə davası düşdü
Saatlı rayonunda şiə-sələfi qarşıdurması olub. İslaminsesi.az saytı sələfilərin zorakılığa əl atdığını yazıb.

Belə ki, hüzr məclisində ruhani Hacı Tahir Nuriyev moizə edərkən, məclicdə olan vəhhabilər onun sözünü kəsərək Hacını təhqir ediblər.

Bununla sakitləşməyən sələfilər Haci Tahir Nuriyevi döyüblər.

Münaqişə edən tərəflər sonradan polis şöbəsinə aparılıb. Bir neçə saatdan sonra Hacı Tahir və onu döyən adamlar sərbəst buraxlıb. Rayonun 800-ə qədər dindarının Haci Tahirin müdafiəsinə qalxdığı deyilir.

Dindarlar bu məsələ ilə bağlı cinayətkarların cəzalandırılmasını tələb ediblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.