Rusiyanın İrkutsk vilayətində 49 yaşlı azərbaycanlı biznesmen yoxa çıxıb.
Virtualaz.org saytı xəbər verir ki, vilayətin Ust-Kutsk və Nijneilimsk rayonun polis əməkdaşları Azərbaycan vətəndaşı Vaqif Niyazovu axtarır.
Onun avtomaşını iyunun 9-da Bratsk-Ust-Kut şosse yolunun 507-ci kilometrliyində sökülmüş vəziyyətdə tapılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində polislər müəyyən ediblər ki, avtomobil bir neçə gündür yolun kənarında dayanırmış, ancaq yaxınlıqdakı kəndlərin sakinlərindən heç kim onun sahibini görməyib.
Əməliyyatçılar müəyyən ediblər ki, iyunun 4-də biznesmen Jeleznoqorsk şəhərində olub, dostları ilə görüşüb və heç yerə getmək fikrində olmayıb. Ertəsi gün onun mobil telefonu bağlı olub. Hazırda Vaqif Niyazovun axtarışı davam edir.