Türkiyənin Diyarbəkir vilayətində Türkiyə bayrağını endirən şəxs saxlanılıb.
ANS PRESS-in məlumatına görə, ötən gecə polisin keçirdiyi əməliyyat nəticəsində Diyarbəkirdə hərbi hissələrdən birində dövlət bayrağını endirən şəxs tutulub. Araşdırmalar zamanı məlum olub ki, tutulan şəxs eyni zamanda PKK terror təşkilatının üzvüdür. Həmin şəxs polis bölməsinddə sorğu-sual edildikdən sonra Diyarbəkir prokurorluğuna təhvil veriləcək.
Xatırladaq ki, bir neçə gün əvvəl Diyarbəkir 2-ci Hava Qüvvələri komandanlığında dövlət bayrağı bir etirazçı tərəfindən endirilmişdi. Hadisə ölkədə kəskin etirazlara səbəb olmuşdu. Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açmışdı. Hərbi hissənin təhlükəsizlik xidmətinin iki əməkdaşı həbs edilmişdi.