Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı iş adamı həmyerlisi tərəfindən güllələnib.
APA-nın “letnews.ru”a istinadən verdiyi məlumata görə,
başından bir neçə güllə yarası almış 31 yaşlı Füzuli Q. adlı şəxsin meyiti
aprelin 30-da axşam saatlarında aşkar edilib.
Hadisədə şübhəli bilinən digər azərbaycanlı sahibkar, 46 yaşlı Mahir M. axtarışa verilib.
Onun silahlı olduğu deyilir.