Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Jirinovski Ermənistandakı hadisələr haqda: “ İrəvan quberniyası, Bakı quberniyası yaranmalıdır...”

1-05-2018, 17:24   


Ermənisanda baş verənlər dövlət çevrilişidir və bunun başqa adı yoxdur. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.

Onun fikrincə, hakimiyyət “heç yerdə hədiyyə deyil” və Ermənistanda hökm sürən korrupsiya və kasıblığa baxmayaraq bu cür radikal addımlar atmaq gərək deyildi.

“İndiki rəhbərliyi devirən ermənilər ondan daha betər hakimiyyət alacaqlar”-Jirinovski özünün Telegram səhifəsində yazıb.

LDPR lideri bir daha ənənəvi mövqeyinə qayıdaraq bildirib ki, MDB ölkələrini “daxili çaxnaşmalardan, qan axıdılmasından” ancaq Rusiya xilas edə bilər. Amma bir şərtlə-gərək həmin ölkələr “ata evinə geri qayıtsınlar”. Jirinovskinin mövqeyinə görə, Rusiyanın tərkibində yenidən Tiflis, Bakı, İrəvan, Kiyev və Odessa quberniyaları yaradılmalıdır.

Virtualaz.org


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar