Türkiyə müxalifəti Ərdoğana qarşı birləşdi

16-06-2014, 16:19   
Türkiyə müxalifəti Ərdoğana qarşı birləşdi
CHP və MHP-nin prezidentliyə vahid namizədi var

Uzun sürən müzakirə və götür-qoylardan sonra Türkiyə siyasi arenasının iki ana müxalifət partiyası CHP və MHP prezidentliyə vahid namizədlərini müəyyən ediblər. Hər iki pariya Ekmələddin İhsanoğlunun adı üzərində dayanıb.

Musavat.com-un Türkiyə mediasına istinadən xəbərinə görə, bu günə qədər İslam Konfransı Təşkilatının rəhbəri kimi tanınan İhsanoğlu müxalifətin vahid namizədi olaraq Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qarşısına çıxacaq.

MHP lideri Dövlət Baxçalı deyib ki, “bu isim millətimiz üçün çox faydalı bir isimdir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.