Qulinin adamları atışdı: qətlin - Şok videosu/18+

2-05-2018, 14:48   


Qulinin adamları atışdı: qətlin - Şok videosu/18+





Rusiyanın Sankt-Peterburq şəhərində 31 yaşlı azərbaycanlı Füzuli Qarayevi
 qətlə yetirən
 46 yaşlı Mahir Məmmədov həbs edilib.

Azvision.az xəbər verir ki, Mahir Məmmədov Füzuli Qarayevi aprelin 
30-da axşam saatlarında
 güllələyərək öldürüb. Məlum olub ki, hər iki şəxs kriminal dünyada
 “Lotu Quli” ləqəbi ilə tanınan 
qanuni oğru Nadir Səlifovun adamı olub.

Tərəflər arasında mübahisə “vəzifə” uğrunda düşüb. Məlumata görə, 
Mahir Lotu Qulinin
 adından Sankt-Peterburqda iş adamlarından xərac yığmaqla məşğul olub.
Lakin o, yığılan
 pulların bir hissəsini qanuni oğrudan gizlətdiyi üçün bu səlahiyyətindən
 məhrum edilib.

Lotu Qulinin göstərişi ilə Mahirin yerinə Füzuli təyin edilib.
 Bu isə Mahirin xoşuna gəlməyib
 və Füzilini “söhbət”ə çağırıb. Nəticədə Mahir Füzulinin baş və
 bədən nahiyəsinə bir neçə
 dəfə atəş açıb. Qarayev aldığı güllə yarasından hadisə yerində ölüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.