Bu da Bakının “avtoş” motosikletçisi

17-06-2014, 10:19   
Bu da Bakının “avtoş” motosikletçisi
Azərbaycanda müxtəlif nəqliyyat vasitələri ilə avtoxuliqanlıq edən sürücülərə rast gəlmək mümkündür.

Traktor, avtobus, «KamAZ» markalı ağır nəqliyyat vasitələri ilə törədilən avtoxuliqanlıq əməlləri barədə eşidib görmüşük. Bu dəfə motosiklet sürücüsünün avtoxuliqanlıq əməllərini əks etdirən video yayılıb.
Heydər Əliyev prospektində bir sürücü tərəfindən çəkilən videodan görünür ki, motosiklet sürücüsü sükanı əldən buraxaraq ayaqüstə dayanıb. Sürət həddini saatda 100 km-ə qaldıran sürücü bir neçə dəqiqə hərəkəti bu cür davam etdirib. Son anda onu kiminsə telefonla çəkdiyi görüb aşağı oturub və sürəti artıraraq oradan uzaqlaşıb.
Qanunvericiliyə görə, motosiklet sürücüsü hərəkətə başlayarkən başına motoşlem (kaska) qoymalıdır. Bu tələb motosikletə minən sərnişinə də aiddir. Əks halda onların hər ikisini 40 manat cərimə gözləyir.
[media=http://www.youtube.com/watch?v=MqnzmwMBARY]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.