Rus kəşfiyyatçının Putinə videomüraciəti

17-06-2014, 10:21   

Rusiya Ukraynada döyüşən silahlılara hərbi dəstək verməsə, fəallar cəmi bir ay duruş gətirə bilər.

ANS PRESS-in məlumatına görə, bunu Rusiya Baş Kəşfiyyat İdarəsinin zabiti, Donetskdə döyüşən rusiyayönümlü silahlıların rəhbəri İqor Strelkov (Qirkin – ləqəbidir – S.M) deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna münaqişəsi ilə bağlı təcili qərar çıxarıb, müvafiq addımlar atmasa, Ukrayna ordusu zəfər əldə edəcək.

“Düzdü, Rusiya-Ukrayna sərhədində bir neçə min silahlı tanklar, pulemyotlar, qumbaraatanlarla hazır vəziyyətdə dayanıb. Lakin əlavə qüvvələr də göndərilməlidir. Bir gün, iki gün, bəlkə də bir ay keçməyəcək silahlıların nəzarəti altında olan bölgələr Ukrayna ordusu tərəfindən ələ keçiriləcək”, İqor Strelkov video müraciətində deyib.
[media=http://www.youtube.com/watch?v=qQWwdAyyMJs]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.