İrandan İsrailə sərt mesaj: “Peşman olarsınız”
Hurriyyet.org xəbər verir ki, İranın nüvə proqramı ilə bağlı prosesdə kritik həftə başlanıb. Avropa Trampı yolundan döndərə bilməyib. İsrailin baş naziri Netanyahunun Tehranı dəstəkləyən V.Putin ilə görüşü gözlənilir. İran prezidenti Həsən Ruhani isə müqavilənin ləğv edilməsi məsələsi ilə bağlı ABŞ və İsraili nəzərdə tutaraq “Peşman olarsınız” deyə meydan oxuyub.
ABŞ prezidenti Donald Trampın yaxın adamı , yeni baş vəkili və Nyu-Yorkun keçmiş bələdiyyə başçısı Rudi Qiuliani, Tehran ilə imzalanmış nüvə razılaşmasından imtina eləməyi planlaşdıran Trampın əsas niyyətinin İranda rejim dəyişikliyi olduğunu söyləyib.Biz zamanlar adı ABŞ XİN rəhbəriyinə namizəd kimi hallananan Qiuliani, Vaşinqtonda keçirilən İran Müstəqillik, İnsan Hüquqları və Demokratik Konvensiyasında “Yaxın Şərqdə sülhü əldə eləməyin yeganə yolu İranda rejim dəyişikliyidir” sözlərini söyləyərək Trampın bu məsələdə qətiyyətli olduğunu bildirib. Qiuliani, Trampın Tehrandakı rejim dəyişikliyini İsrail-Fələstin sülhündən də mühüm hesab elədiyini bildirib.
Həlledici tarix: 12 may
ABŞ prezidenti Donald Tramp, dekabr ayında İranda iqtisadi problemlərlə başlayan və rəhbərliyi tənqid edən etiraz nümayişləri zamanı sosial şəbəkələrdə “Dəyişiklik zamanı gəldi” və “İran xalqı neçə illərdir ki, təzyiq altında saxlanılır” kimi sözlər yazmışdı. Trampın P5+1 (ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və Almaniya) ölkələri ilə İran arasında 2015-ci ildə imzalanan və İranın nüvə proqramının məhdudlaşdırılmasına qarşı beynəlxalq sanksiyaları aradan qaldıran müqavilənin aqibəti ilə bağlı mayın 12-də qərar verəcəyi deyilir.
Ötən həftələrdə Fransa prezidenti Emmanuel Makron və Almaniyanın baş naziri Angela Merkelin Vaşinqton səfərlərinin əsas məqsədinin Trampı müqaviləni pozmamağa çağırmaq olduğu, ancaq ondan müsbət cavab almadıqları bildirilir.
Ruhani: “Tarixi peşmançılıq keçirəcək”
İran prezidenti Həsən Ruhani, Vaşinqtonun müqaviləni ləğv edələcəyi təqdirdə “tarixi bir peşmançılıq keçirəcəyi” barəsində xəbərdarlıq edib. Tehran ilə nüvə müqaviləsinə dəyişikliklərin aparılmasını, İranın öz raket potensialı barəsində məlumatları müqavilənin mətninə əlavə eləməsini tələb edən ABŞ-ın bu istəyinə cavab olaraq Ruhani belə deyib: “Müdafiə silahlarımızla bağlı məsələləri heç kimlə müzakirə etməyəcəyik. Özümüzü müdafiə eləmək üçün necə bir qərar verdiyimizin heç kimə aidiyyatı yoxdur”.
Hurriyyet.org