Şri-Lankada dini zəmində kütləvi şəkildə zorakılıqlar baş verib. Müsəlman din adamları ilə buddist təriqəti tərəfdarları arasında kütləvi şəkildə qarşıdurmalar olub.
Qarşıdurmalar zamanı 3 müsəlman öldürülüb, 75 nəfər isə xəsarət alıb. Xəsarət alanların əksəriyyətinin vəziyyəti ağır hesab olunur.
Radikal buddistlər müsəlmanların yaşadığı rayonlarda çoxsaylı zorakılıqlar törədiblər. Onlarla mağaza yandırılıb, evlər qarət olunub.
Zorakılığı törədənlər eyni zamanda, bəzi məscidlərə hücum ediblər.
Zorakılıqlarla əlaqədar Şri-Lanka hökuməti ittiham olunub. Məlumata görə, təhlükəsizlik qüvvələri qarşıdurmalara müdaxilə etməyib.
Ölkənin ədliyyə nazirliyi bölgə polisinə qarşı sərt cəza tədbirləri görüləcəyini açıqlayıb.
[media=http://www.youtube.com/watch?v=shEGHCcZ_40]