Rəsmi London 5 qruplaşmanı daha terrorçular siyahısına daxil edib. ANS PRESS-in xəbərinə görə, İngiltərə Daxili İşlər Nazirliyi bu qrupların İraq Şam İslam Dövləti (İŞİD), Türkiyə Xalq Qurtuluş Partiyası – Cəbhəsi (DHKP-C), Kateeba El-Kawthar (KaK), Abdullah Əzzam Briqadası, Xalqçı Azad Fələstin Cəbhəsi (PFLP-GC) olduğunu açıqlayıb.
İngiltərə DİN Təhlükəsizlik və Miqrasiya şöbəsinin rəis müavini Ceyms Brokenşir bu barədə verdiyi açıqlamada Suriyada olan bütün terror təşkilatlarını pislədiklərini deyib.
“Bu gün Suriya ilə əlaqəsi olan 5 qrupu terror siyahısına əlavə etdik. Suriyada olan daha 4 qrupun adı isə hazırda bu siyahıdadır. Bu qrupların üzvü olmaq və ya onlara dəstək vermək cinayətdir və böyük məsuliyyəti var. Terror fəalları harda olursa olsun, onlar üçün güzəşt olmayacaq”.
Nazirlik rəsmisi Suriya ilə əlaqəsi olan “əl Nüsra”, Hizbullahın hərbi briqadası, PKK və Ənsar əl İslamın terror təşkilatları siyahısında olduqlarını xatırladıb.