İraq Şam İslam Dövləti (İŞİD) silahlılarının türkmənlərin sıx yaşadığı Mosulun Telafer yaşayış məntəqəsi yaxınlığında hərbi karvanı vurulub.
ANS PRESS-in məlumaıtna görə, İraq rəhbərliyinə aid hava hücumu qüvvələri qırıcılarla terrorçuların hərbi karvanına hücum etməsi nəticəsində 35 İŞİD üzvü məhv edilib.
Bundan başqa İraq Hava Qüvvələrinin Mosulda təşkil etdiyi hücumda da 10 İŞİD üzvünün öldüyü bildirilir. Hadisə şahidləri bildirib ki, döyüş təyyarələri şəhərin cənubundakı Əl Qazlani hərbi bazası da daxil olmaqla bir sıra yerləri hədəfə alıblar.
ABŞ prezidenti Barak Obama isə əvvəlcə İraqa hərbçi göndərməyəcəyini desə də, vəziyyətin ciddiliyini anlayaraq bölgəyə 275 hərbçinin göndəriləcəyini bəyan edib.
Göndəriləcək hərbçilər vəziyyət sabitləşənədək ABŞ-ın Bağdaddakı səfirliyi və Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün İraqda qalacaqlar.
Xatırladaq ki, İŞİD İraqın böyük şəhərlərindən olan Mosul və Tikriti ələ keçirib, hədəflərinin Bağdad olduğunu bildiriblər.