Sumqayıt şəhərində bir gündə iki abituriyent imtahandan sonra intihar edib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, ikinci analoji hadisə şəhər ərazisində yerləşən 14 mərtəbəli binada baş verib.
Belə ki, adı Faiq olduğu deyilən, 17 yaşlı gənc 14 mərtəbəli binanın damına çıxaraq özünü oradan atıb. Onun meyiti "morq"a təhvil verilib.
* * * 06:44
Sumqayıt şəhərinin 9-cu mikrorayonunda intihar hadisəsi baş verib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 2001-ci il təvəllüdlü yerli sakin Pənah Quliyev yaşadığı binanın beşinci mərtəbəsinin eyvanından özünü yerə atıb.
Onun universitetə qəbul olunmaq üçün verdiyi imtahanın aşağı nəticədə olmasına görə intihar etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.