“Respublika Klinik Xəstəxanasının həkimlərinin günahı yoxdur”.
Axar.az xəbər verir ki, bu sözləri Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Baş həkiminin müavini söyləyib. O, xəstənin Gəncədən çox ağır vəziyyətdə gətirildiyini qeyd edib:
“Xəstəni bizə Gəncədən ağır qan xəstəliyi ilə gətirmişdilər. Müalicə gedirdi. O, həddən artıq ağır xəstə idi. Selikli qişalarında, hər yerində qanaxma verən qan xəstəliyi idi. Daha sonra onu Tibb Universitetinin klinikasına aparmışdılar”.
Qeyd edək ki, dünən Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkim pediatrı Ceyhun Bədəlov həkimlərin məsuliyyətsizliyi ucbatından Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib. Belə ki, həkimlər əvvəlcə mərhumun mədəsində xora yarasının olduğunu bildirərək xəstənin mədəsini yuyublar. Bu prosesdən sonra xəstənin qanaxması çoxalıb. Daha sonra isə mərhumda xora yarasının olmadığı aşkar olunub. Lakin həkimlərin yanlış prosesi davam etməsi nəticəsində Ceyhun Bədəlov dünyasını dəyişmişib.
Xatırladaq ki, həkim məsuliyyətsizliyini və öz həmkarlarının ağır vəziyyətdə olmasına baxmayaraq, ondan pul istəmələrini əks etdirən audio yazılar yaxın günlərdə saytımıza yerləşdiriləcək.