Kiçik Villic qəsəbəsi, ABŞ-ın Florida ştatı. Buradakı əyləncə məkanlarından biri əməllicə "relaks" yeridir. Gizlicə "Viaqra" satanlar, qoca qadınların pul verərək özlərinə "məşuq" tutduqları gənclər, gənc qızların bir "eşq gecəsi"ni pulla satın alan qoca kişilər.
Yerli sakinlərin dediklərinə görə, buradakı qocalar evi əsl əxlaqsızlıq məkanıdır.
Villicdə ahılların reabilitasiyası və istirahəti ilə bağlı dünyanın ən böyük mərkəzi yerləşir.
Bununla belə, reabilitasiya mərkəzi "biabırçılıq yeri" kimi də tanınır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 68 yaşlı Peqqi Klemm içib sərxoş olandan sonra özündən 19 yaş kiçik kişi ilə rəqs meydanında cinsi əlaqəyə girdiyinə görə həbs olunub.
Həmin olaydan 4 gün əvvəl isə o, sərxoş vəziyyətdə qolf-kar sürdüyünə görə tutulmuşdu.
Qocalar evində yaşayan amerikalıların yay aylarında istirahətə göndərildiyi Villic İstirahət-Reabilitasiya mərkəzində polis araşdırmalara başlayıb.
Səbəb isə mərkəzin ətrafındakı evlərdə yaşayan sakinlərin fasiləsiz şikayətləri idi.
Onların dediklərinə görə, artıq canları boğazlarına yığılıb.
"Bu nə rəzalətdir?! Qocalar içib sərxoş olur, öpüşür, soyunur, lüt vəziyyətdə qaçışır, əxlaqsızlıq edirlər. Uşaqlarımızı həyətə buraxa bilmirik. Vəziyyət o yerə çatıb ki, mərkəz tərəfə baxan pəncərələrimizi daim bağlı saxlayır, pərdəni çəkirik. Övladlarımız bu rüsvayçılığa niyə baxmalıdırlar?! Polis niyə susur?!" - yerli sakinlər deyirlər.
Mərkəzdə istirahət edən 62 yaşlı Belinda Börd də deyilənlərlə razıdır.
"Ərimlə buraya gələndə istirahət edəcəyimizi düşünürdük. Amma buradakı qadınlar ərimi görən kimi ona göz-qaş etməyə başladılar. Sanki böyük fahişəxanaya düşmüşük. Arvadı yanında duran ər başqa qadınla qucaqlaşır, arvad ərinin gözləri qarşısında hansısa kişi ilə soyunub uzanır. İyrənclikdir! Üstəlik, burada "Viaqra" şəkər kimi satılır. Bara girib 3,75 dollara kokteyl sifariş edirsən, sənə gülümsəyərək "Viaqra" təklif edirlər. Buranı tərk edirik və bir daha gələn deyilik", - Belinda Börd söyləyib.
"Yaşlılar üçün Disney Dünyası" (Dubbed Disney World) da adlandırılan "The Villages" reabilitasiya-istirahət mərkəzində 100 min yaşlı var.
49 yaşlı Devid Bobılyanı mühafizə xidməti "Bayit Shasck" adlı istirahət blokunun arxasında 74 yaşlı qadınla cinsi əlaqədə olanda tutub.
Dünyada ahıllar üçün ən böyük istirahət kompleksində araşdırmalara başlamış polisdən verilən məlumata görə, burada qocalar arasında svinqerlik də geniş yayılıb.