Qısa müddətdə İraqda həyata keçirdiyi terror əməliyyatları zamanı dünyanı lərzəyə salan radikal-vəhabi “İraq Şam İslam Dövləti” (İŞİD) təşkilatı ilə bağlı maraqlı faktlar ortaya çıxıb.
AzNews.az-ın məlumatına görə, “Habertürk” xəbər agentliyi İŞİD-lə bağlı bəzi məqamları araşdırıb və bəlli olub ki, qruplaşma öz sıralarını məlumatsız, savadsız və maddi çətinliyi olanların sayəsində öz sıralarını genişləndirir. Ən maraqlısı da budur ki, Türkiyənin ən böyük yaşayış məntəqəsi sayılan İstanbul İŞİD-ə silahlılar göndərən şəhərlərin siyahısında ön cərgədədir.
İstanbulun Güngörən qəsəbəsi də bunlardan biridir. Bura İŞİD-in izlərinə rast gəlinən rayonlarındandır.
Suriyaya kömək kampaniyası ilə yanaşı, narkotik vasitələrə qarşı mübarizə elanları ilə diqqəti çəkən Xəzinadar İslami Araşdırma Yaşatma və Yardımlaşma Dərnəyinin (HİSADER) tablosunda İŞİD-in simvolu yer alır. Habertürk HİSADER-in fəaliyyətləri haqqında məlumat almaq üçün dərnəklə əlaqə saxlasa da, əvvəl səlahiyyətli şəxsin olmadığı bildirilib, daha sonra isə telefona cavab verən olmayıb.
İŞİD simvolu İstanbulda
Yenə Güngörən də bir dükanının girişində də İŞİD-in simvolu diqqəti çəkir. Şahidlər ötən həftələrdə bir qadının gələrək daş atdığını və “uşağımı verin” deyə qışqırdığını iddia ediblər. Ofisin giriş hissəsində İŞİD-in bayrağında üst tərəfdə ərəbcə “La ilahə illallah”, altında isə Hz. Məhəmmədin möhrü yer alır.
Əvvəlcə narkotik maddələrə aludə edirlər, sonra “sizi qurtaracağıq” deyib sıralarına qatırlar
İŞİD-ə qoşulan iki türkün atası Habertürk-ə bildirib ki, İŞİD-in seçdiyi gənclərin ortaq tərəfləri var. Əsasən, qazancı aşağı olan, 18-25 yaş arası və ailəsi ilə problemləri olan gənclər seçilərək, sıralarına cəlb olunur. Quruplaşmanın mərkəzləri daha çox mühafizəkar bölgələrdə qurulur - Güngörən, Bağcılar və Fatih. Bu məhəllələr ön sıralarda yer alır. Adlarını verməkdən və şəkil çəkdirməkdən çəkinən atalardan birinin oğlu 7 aydır Suriyadadır. Digəri isə bir neçə ay qaldıqdan sonra qaçaraq, geri dönüb.
“Yalvardım, qayıtmadı”
İstanbulda yaşayan bir ata 21 yaşındakı oğlunun 7 aydır ki, Suriyada İŞİD tərəfində döyüşdüyünü bildirib. Anasını itirdikdən sonra oğlunun əsəbi olduğunu deyən ata, övladının bu qruplaşmaya qoşulma prosesi haqda danışıb: “Oğlum əvvəl yaşam tərzini İslama görə müəyyənləşdirmirdi. Narkotik maddə istifadə etdiyini öyrəndim. Bir qrup gənclə toplaşırdılar. Sonra namaza başladı. Sonra bizi kafir olmaqda günahlandırdı. Məsciddə namaz qılmayacağını bildirdi. Bir dəfə isə bizdən ayrıldı və qayıtmadı. Suriyaya getdiyini dostlarından öyrəndim. Qayıtması üçün yalvardım “dönə bilmərəm, biz cihad üçün burdayıq” dedi. Bu hadisədən sonra psixikamda problem yarandı. Ağlım həmişə onun yanındadır”.
“Sonra bir gün qayıtdı”
Yenə İstanbulda yaşayan bir başqa ata isə İŞİD-ə qoşulan oğlunun geri qayıtmasının sevincini yaşayır, orada qalanlara görə isə üzülür: “Maddi vəziyyətimiz yaxşı deyildi. Oğlum yaxın qohumları ilə işləyirdi. Dostları var idi və bir gün namaz qılmağa başladı. Bir gün isə isə saqqal buraxıb, fərqli geyinməyə başladı. Soruşanda isə “Məhəmməd peyğəmbər kimi yaşamaq istəyirəm” deyirdi. Sonra məscidə deyil, binaların altlarında olan ibadət yerlərinə getdiyini gördük. Sonra oaradan da itdi. Suriyaya getdiyini öyrəndik. Ora getdikdən sonra fikirləri dəyişib, geri qayıtmaq istəyib. “Mən adam öldürmək üçün gəlməmişəm, bunu edə bilmərəm” deyib. Sonra bir gün qayıtdı. Oraya getdikdən sonra təlimlər keçirlər, sonra and içdirirlər. Oğlum and içməyib və geri dönüb”.
Ata qeyd edib ki, qruplaşmanın bir qrupu əvvəl gəncləri narkotikdən aludəçiliyə yönəldir, digər bir hissəsi isə “narkotik maddə pisdir, bizə gəlin” deyərək onları öz tərəfinə çəkir: “Sonra gəncləri aldadıb, döyüşə aparırlar. İnsanların dini baxışlarından istifadə edirlər. Oğlum geri qayıtdı, amma psixologiyası hələ pozulmuş vəziyyətdədir”.