Rusiya prezidenti Vladimir Putin Braziliyada keçirilən futbol üzrə dünya çempionatının finalına qatılacaq.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, final oyunundan sonra birinciliyin keçirilmə hüququ Rusiyaya veriləcək.
Çempionatın finalı iyulun 12-i Rio de Janeyroda keçiriləcək. Çempionatın keçirilmə hüququnun ötürülmə mərasimində Putinlə yanaşı, Braziliya prezidenti Dilma Rusef, futbol oyunlarının keçiriləcəyi Rusiya şəhərlərinin və FİFA-nın rəsmiləri də iştirak edəcək.
2018-ci futbol üzrə Dünya çempionatı Rusiyanın 11 şəhərində keçiriləcək.