Türkiyədə növbəti dəfə dövlət bayrağının dirəkdən endirmək cəhdinin qarşısı alınıb.
ANS PRESS-in xəbərinə görə, hadisə Antalya şəhərindəki yanacaq doldurma məntəqəsində baş verib.
Hadisə şahidlərinin verdiyi ifadəyə görə, boz köynəkli, qırmızı baş sarğısı olan naməlum şəxs Cümhuriyyət məhəlləsi Qazi bulvarındakı YDM-də olan bayraq dirəyinə dırmaşmaq istəyib.
YDM-nin əməkdaşlarının müdaxiləsindən sonra həmin şəxs dirəkdən enərək qaçmağa başlayıb. Yaxınlıqda olan şəhər sakinləri onu tutmağa çalışsalar da həmin şəxs qaçaraq izini itirməyə müvəffəq olub.
Hadisə yerinə çox sayda polis cəlb olunub və şübhli şəxsin axtarışları davam edir.
Xatırladaq ki, Diyarbəkirdə hərbi hissələrində birində türk bayrağı endirilmişdi. Bu zaman Türkiyə ordusunun əsgər və zabitləri bayrağı endirənlərin az yaşlı olduğunu nəzərə alaraq lazımı addımlar atmamışdılar.
Bu hadisə Türkiyədə böyük səs-küyə səbəb olmuşdu.