Azərbaycan biznes mühitinə görə yenə Nigeriya kimidir

18-06-2014, 10:39   

Dünyada iş görməyə ən yaxşı ölkə hansıdır?
"Economist İntelligence Unit" təşkilatı 82 ölkə üzrə “Biznes mühiti reytinqi” adlı yeni hesabatını hazırlayıb.
Hesabata görə, dünyada iş görməyə ən əlverişli ölkə Sinqapurdur. Azərbaycan isə 82 ölkə arasında 73-cü yeri tutub.
İş görməyə yaradılan şəraitə görə Sinqapur 8,56 bal alıbsa, Azərbaycan 4,66 balla qiymətləndirilib. Başqa sözlə, Azərbaycanda biznesə şərait dünya lideri olan Sinqapurdakından təxminən 2 dəfə pisdir.
Hesabatda aldığı qiymətə görə, Azərbaycanda biznesə yaradılan şərait Pakistan, Nigeriya və ya Əlcəzairdəki kimidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.