Çiy toyuğu yumaq zəhərlənməyə səbəb olur

18-06-2014, 10:48   
Çiy toyuğu yumaq zəhərlənməyə səbəb olur
Alimlər çiy toyuğu yumağın qida zəhərlənməsilə nəticələnə biləcəyi barədə xəbərdarlıq edirlər.

Britaniyada 4500 adam arasında keçirilən sorğuya əsasən 44 faiz toyuğu bişirməzdən əvvəl yuyur.

Amma ölkədə qida standartlarını tənzimləyən FSA agentliyi (Food Standards Agency, Ərzaq Standartları Agentliyi) toyuğun yuyulması vaxtı su sıçrantıları vasitəsilə bakteriyaların əllərə, mətbəxə, paltara və avadanlıqlara yayıldığını bildirir.

Toyuğu yuyanlar bunu çirk və mikrobları aradan qaldırmaq üçün və ya bir vərdiş kimi etdiklərini deyirlər.

Toyuğu hazırlamaq üçün məsləhətlər:
Çiy toyuğun üstünü bağlayıb onu soyudun
Onu soyuducunun alt hissəsində saxlayın ki, suyu digər məhsulların üstünə damcılamasın
Çiy toyuğu yumayın
Çiy toyuğu hazırlayarkən bütün avadanlıqları, doğrama lövhələrini və masaların üstlərini yuyun
Toyuğu yaxşı bişirin - ətin çəhrayı yerləri olmamalı, suyu şəffaf olmalıdır
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.