Cəbhədə erməni təxribatı

18-06-2014, 10:48   
Cəbhədə erməni təxribatı
Cəbhədə gərgin gecə hökm sürüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 44 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Cəvahirli, Şıxlar, Mərzili, Tərtər rayonunun Qızıl Oba, Çaylı, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.