''Ağzım qanla dolu idi, danışa bilmirdim, tərpədən kimi qan axırdı...'' - Elnarə Rzayevanın daha bir qurbanı- foto

24-05-2018, 09:16   


''Ağzım qanla dolu idi, danışa bilmirdim, tərpədən kimi qan axırdı...'' -  Elnarə Rzayevanın daha bir qurbanı


Kosmetoloq Elnarə Rzayevanın prosedurları nəticəsində sağlamlığına ciddi ziyan dəydiyini iddia edən daha bir xanım dəhşətli faktlar açıqladı. Criminal.az saytına müraciət edən Gülçöhrə adlı xanım iddia edib ki, E.Rzayeva onun pulunu alıb, qızıl boyunbağısını girov götürərək dodaqlarını bərbad hala salıb: 
''Dodağımda süni gel var idi. Elnarə Rzayevanın reklamını görməyənə qədər nəsə etdirməyi heç düşünmürdüm. Reklamı görəndən sonra düşündüm ki, ona müraciət edim, dodağımdakı gel təbii olsun. Buna görə də Elnarənin müayinəsinə yazıldım və yanında oldum. Sual verdim ki, yaxın günlərdə qohum toyu var, həmin vaxta kimi dodağım düzələcəkmi? Bildirdi ki üstündə 400 manat varsa ödənişi et, bir iynə vuracam, bir həftədən sonra yenidən gəlirsən. Yenidən 400 manat ödəniş edirsən, bir prosedur da edirəm, sonra 50 manata sənə krem verəcəm. 
• Maşınqayıran kosmetoloq məhkəmə qarşısında: Qurbanı ilginc açıqlamalar verdi

Beləliklə inandırdı ki, dodağım maksimum 20 günə sağalacaq. Hətta dedi ki, bu gün yox, sabah ya biri gün gəlsən gecikə bilərsən, hər günün bir hökmü var. Ondan ayrılıb iki gün sonra kilinikaya yenidən getdim. 400 manat ödəniş etdim, dodağıma bir iynə vurdu. Evə gəldim, dodağım şişdi. Bir həftə keçəndən sonra yenidən onun yanına getdim. Bu dəfə üstümdə 325 manat pulum var idi, 75 manatım çatmadı. Dedim bu qədər düzəldə bildim, ödənişi sonra yoxlanışa gələndə edərəm. Boğazımdakı qızıl boyunbağımı göstərib dedi ki, girov qoy, gəlib ödənişi edəndə götürərsən. Mən də verdim''.

Şikayətçi deyir ki, E.Rzayevanın dediyi müddət keçdi, heç bir irəliləyiş olmadı, əksinə ikinci prosedurdan sonra ağzı-burnu yara töküb, inanılmaz dərəcədə pis günə qalıb: ''Ağzımın içi necə yara tökdüsə dişlərimi belə hiss etmədim. Elnarə dedi ki belə olmalıdır, məcbur olub gözlədim. Günlərlə yemək yeyə bilmədim, amma demişdi ki, hər gün sağalmağa doğru gedəcək. Hər gün yaram bir az qabardı, ağzım qanla dolu idi, danışa bilmirdim. Ağzımı tərpədən kimi qan axırdı. Gecələr yatanda dodaqlarım bir-birinə birləşirdi, onun dərdindən ağzıma trubuçka qoyurdum. Düz 5 ay mən o dünyanı görüb gəldim. Bir gün yuxudan ayıldım ki ağzım birləşib, 3 gün sonra ağzım açıldı. Sistem köçürüldü ki immunitetim zəifləməsin. 54 kilodan 39-a düşdüm. Dodağım sağalmadığını görüb yanına getdim. Nəvaxt ona yazırdımsa işi olduğunu bəhanə eədərk məni qəbul etmək istəmirdi.
Bir gün ona xəbər vermədən klinikasına getdim, ona gəldiyimi xəbər verdilər. Yarım saat gözləyəndən sonra yanına keçdim. Verdiyim pulumu istəyəndə kobudcasına əl işarəsi ilə ''gələ'' dedi. Başladı ki səni Orxan Abbasov göndərib yanıma. Guya mən getmişəm Orxan adlı cərrahın yanına, o da deyib ki dodağımdan geli əməliyyat vasitəsilə götürüm. Dedi ki, sən Orxanın məşuqəsisən. Əlini başladı stola vurmağa, sonra gəldi yanıma, əlini sillə vuracaq kimi göstərərk ''çıx otaqdan'' dedi. ''Pulumu istəyirəm'' deyəndə məni itələdi. Yerə yıxıldım, qalxa bilmədim. Məni başladı çəkməyə ki, baxın, Orxanın məşuqəsi gəlib. Bax, axşam sənin görüntülərini yayacam, tutub boğazımdan dartdı. Əlimi dəfələrlə qapının araslında qoydu, əlim kəsilmişdi, bədənimdə xəsarət izləri vardı''.

''Elə ordan 102-yə zəng etdim, bölmədən gəlib şəkilin çəkdilər. Səhəri günü polislər kamera görüntülərini çıxartmağa gedəndə həmin günun çəkilişi silinmişdi. Polis izahatımı aldı, iş Nəsimi rayon Polis İdarəsində istintaqa göndərildi. Sonra bilmirəm necə oldu, qızıl boyunbağım ondan alıb özümə qaytardılar. Pulum isə almadılar. Sonra işimNəsimi ayon Prokurorluğuna göndərildi. Orda Ələkbər müəllimlə danışdım. Söz verdi ki, Elnarədən pulumu alıb qaytaracaq. 8 aydır ki pulumu almayıblar. Nəhayət bu həftənin birinci günü prokuror Salman Məmmdəli ilə görüşdüm. Bildirdi ki, özü araşdırıb nəzarətə götürəcək. Bu işi boş buraxmayacam, əlimdə sübutlarım və ekspert rəyim var''-deyə Gülçöhrə xanım vurğuladı.
E.Rzayeva isə Gülçöhrə adlı pasientinin olduğu inkar edir, bunu şər və böhtan adlandırır. 
Criminal.az saytı xatırladır ki, E.Rzayevanın prosedurlarından zərərçəkən Validə Firidunova onu polisə verib. Kosmetoloqun barəsində Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığıa az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. 
Başqa bir şikayətçi Aygün Məmmədova isə kosmetoloqa qarşı Nizami rayon məhkəməsində iddia qaldırıb. 
Criminal.az bu istiqamətdə araşdırmanı davam etdirir. 
 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.