Yunanıstanın dənizçilik və Egeylə bağlı işlər naziri Miltiadis Varvitsiotisin paparazzilər tərəfindən çəkilmiş fotoları ölkədə böyük qalmaqal yaradıb.
ANS PRESS-in məlumatına görə, Paros adasında istirahətdə olarkən nazir yanında "müşayiətçi" qismində teatr və serial ulduzu olan aktrisa Xristina Papanı aparıb. Restoranda yanaşı əyləşən nazirlə aktrisa çox "səmimi" olublar.
Yayılan fotoşəklin ölkədə rezonans yaratması Papanı məsələyə aydınlıq gətirməyə vadar edib. O, nazirlə uzun illərdir dostluq etdiyini bildirərək, sadəcə əlinin ona dəydiyini, ombasını oxşamadığını vurğulayıb: "Sizin heç danışıb-gülərkən əlinizlə toxunduğunuz dostunuz yoxdur? Siyasətçilər də insandır."
Aktrisa şəkli gördüyü zaman əvvəlcə təəccüblənib, daha sonra isə nazirə zəng edərək, "artıq məni ortada qoya bilməzsən, mənimlə nişanlanmalısan" -deyə zarafat da edib.
Xristina Papa həmçinin, Miltiadis Varvitsiotisin bacarıqlı bir siyasətçi olduğunu və işinin öhdəsindən həmişə yaxşı gəldiyini söyləyib.