"Bu gün Bakıda Azərbaycan Yazıçılar Birliyinin (AYB) XII qurultayı keçirilib. Xalq yazıçısı Anar yenidən Yazıçılar Birliyinin sədri seçilib".
ANS PRESS-in məlumatına görə, bunu AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib. Onun sözlərinə görə, Anar qurultayda yeganə namizəd olub.
Qurultayda həmçinin AYB-nin hazırkı katiblərinin də (Fikrət Qoca - Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Çingiz Abdullayev - təşkilat-təsərrüfat məsələləri üzrə katib, Arif Əmrahoğlu - yaradıcılıq məsələləri üzrə katib, Rəşad Məcid - gənclərlə iş üzrə katib) vəzifələrində qalması barədə qərar verilib.
Azərbaycan yazıçılarının XII qurultayı Akademik Milli Dram Teatrında keçirilib.
Qeyd edək ki, Anar 1987-ci ildən AYB-nin sədridir.