19:20
11 mayda Yəmənə buğda aparan Türkiyənin yük gəmisinə raket hücumu edilib.Axar.az "Röyter"ə istinadən xəbər verir ki, Ağ Ev Türkiyənin yük gəmisinə edilən raket hücumu ilə bağlı bəyanatında gəmiyə husilər tərəfindən hücum edildiyini və ABŞ-ın hərbi-dəniz qüvvələrinin dərhal hərəkətə keçdiyini bildirib.
Bildirilir ki, öncə gəmi daxilində partlayışın baş verdiyi təxmin edilsə də, sonra gəmiyə husilərin hücum etdiyi məlum olub.
"Bu hadisələr Yəməndəki raket təhdidinin bütün ölkələr üçün keçərli olduğunu və Birləşmiş Millətlər Təşkilatının qərarlarının icrasının nə qədər əhəmiyyətli olduğunu göstərir", - Ağ Evdən verilən bəyanatda bildirilib.
Qeyd edək ki, qurudan 70 mil (112 km) uzaqda olan gəmi 50 min ton buğda daşyırdı.