Kürd peşmərgələri hərbi bazanı ələ keçirdi

18-06-2014, 10:55   
Kürd peşmərgələri hərbi bazanı ələ keçirdi
Şimali İraqda İraq ordusunun tərk etdiyi ən böyük hərbi baza üzərində nəzarəti kürd peşmərgələri ələ keçirib.

ANS TV-nin məlumatına görə, İŞİD Mosul və digər bölgələri ələ keçirdikdən sonra İraq ordusunun tərk etdiyi hərbi bazaları kürdlər ələ keçirib.

Kərkük yaxınlığında yerləşən ən iri hərbi bazaya 20 minədək peşmərgənin yerləşdiyi deyilir. Kürd silahlılarının Kərkük ətrafını tamamilə nəzarətə aldığı bildirilib. İraq əsgərləri bazanı tərk edərkən orada olan hərbi texnikaya od vurub. Peşmərgələrin rəhbəri onlardan əvvəl həmin hərbi bazada 15 min İraq əsgəri olduğu haqda məlumat verib.

İraq türkmənlərinin lideri bildirib ki, əslində bu hadisələrin kökündə türkmənlərin sahib olduqları ərazilərin PKK-ya təslim edilməsi durur.
[media=http://www.youtube.com/watch?v=3yRuLYzuUe8]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.