Terror qruplaşması bütöv bir qəsəbəni yandırdı

18-06-2014, 10:58   
Terror qruplaşması bütöv bir qəsəbəni yandırdı
Keniyanın Lamu əyalətində "Əş-Şəbab" terror qruplaşmasının üzvlərinin hücumu nəticəsində azı 15 nəfər ölüb. ANS PRESS-in məlumatına görə, əyalətin Poromoko qəsəbəsinə hücum edən silahlılar yerli sakinlərin evlərini qarət edərək yandırıblar və ətrafa atəş açıblar. Hücum zamanı 12 qadının da qaçırıldığı bildirilir.

Terror qruplaşmasının yeni hücumlarından ehtiyat edən yerli sakinlər isə evlərini tərk etməli olublar. Bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi tələbi ilə etiraz aksiyası da keçirilib.

"Əl-Qaidə" terror təşkilatı ilə əlaqəli olan "Əş-Şəbab" terror qruplaşmasının üzvləri bazar günü də Poromoko yaxınlığında iş yerlərinə hücum edərək, 50-yə yaxın adamı öldürmüşdü.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.