Gənc oğlan fahişəyə seks xidməti üçün kələm təklif edib.
ANS PRESS-in məlumatına görə, kuryoz hadisə Amerika Birləşmiş Ştatlarında baş verib.
ABŞ-da 29 yaşlı Alonso Liverman fahişəyə pulun yerinə adi kələm ödəməyə çalışıb. Əvvəlcə kişi fahişəyə söz verib ki, xidmət haqqını ona yaşılla ödəyəcək. Və sonra fahişənin düzgün anlaması üçün ona sözün əsl mənasında kələm verəcəyini bildirib. Ancaq həmin gün Livermanın iki dəfə bəxti gətirməyib. Həmin gün o sekslə məşğul ola bilməyib.
O, fahişəliyə cinsi təcavüz və təhrikçilik üçün həbs edilib.
Bəxtsiz Livermanın qəribə təkliflə müraciət etdiyi fahişə cildinə girən polis qadın olub.