Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanın iş otağına dinləmə cihazının qoyulması ilə bağlı qalmaqal böyüməyə davam edir. ANS PRESS-in məlumatına görə, başladılan istintaq işi çərçivəsində Ərdoğanın şəxsi təhlükəsizlik xidmətinin keçmiş rəisi də daxil olmaqla, saxlanılan 11 nəfər bu gün səhər Ankarada həkim müayinəsindən keçirilib.
Həmin şəxslər polisin Ankara, İstanbul, Diyarbəkir, Yozqat və Karabükdə həyata keçirdiyi əməliyyatlar nəticəsində saxlanılıb. Saxlanılanların hamısı təhlükəsizlik xidmətinin əməkdaşlarıdır.
Həkim müayinəsindən sonra şübhəlilər dindirilmək üçün Ankara Baş Polis İdarəsinə gətirilib.