Bank müdiri icra başçısını təhdid edib

18-06-2014, 11:02   
Bank müdiri icra başçısını təhdid edib
«Kapitalbank»ın Neftçala rayon şöbəsinin müdiri Telman Qorçiyevlə Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin arasında ciddi qalmaqal yaranıb. Neftçaladan daxil olan məlumata görə, «Kapitalbank»ın Neftçala rayon şöbəsinin müdiri Telman Qorçiyev rayon icra başçısı İsmayıl Vəliyevi və rayon Maliyyə İdarəsinin müdiri Rəşid Manafovu təhdid edib.

Məmurların arasında problem rayona ayrılan pulların, həmçinin tenderlərdə qalib gələn MMC-lərə pul köçürülməsi ilə bağlı olub. Ayrılan vəsaitlərdən özünə pay tələb edən Telman Qorçiyev əks təqdirdə abadlıq işləri üçün köçürülən pulların bank əməliyyatlarını və MMC-lərə ayrılan vəsaitlərin hansı yolla mənimsənildiyi barədə məlumatları yayacağı ilə bağlı icra başçısını və maliyyə idarəsinin müdirini təhdid etdiyi bildirilir. Hətta münaqişə o hətta çatıb ki, Telman Qorçiyev Rəşid Manafovun bacısı oğlunun bankdakı işinə son qoyub.

Bir zamanlar Rəşid Manafovun hamiliyi ilə «Kapitalbank»ın Neftçala rayon şöbəsinin müdiri olan Telman Qorçiyevin indiki fəaliyyətinin arxasında da özəl səbəblər gizlənir: «Bank müdiri artıq özünə daha güclü dayaq tapıb. O, Milli Məslisin sədr müavini Valeh Əsgərovla yaxın əlaqələr qurmaqla, rayonda cəsarətli mövqe göstərməyə başlayıb».

Neftçalada yaranmış qarşıdurma ilə bağlı digər maraqlı məlumatlar da daxil olub. Həm bu, həm də Telman Qorçiyevin bankda olan 17 minlik yeyintinin üstünü necə ört-basdır etməsi, buna görə kimləri qurban verməsi, «Kapitalbank»ın Neftçalada aidit aparan Mübariz adlı nümayəndəsi ilə hansı yöndə danışıqlar aparılması, həmçinin bank müdiriylə Valeh Əsgərovun tanışlığının necə yaranması və nəyə «söykənməsi» haqda olaylara qarşı tərəfdən münasibət öyrənmək hələlik mümkün olmadığından yazmadıq. Bu və ya digər məlumatlarla bağlı qarşı tərəfin mövqeyini dinləməyə hazırıq
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.