Keçən il Rusiya hərbi təlimlər çərçivəsində Litva və Polşa ilə sərhədə 100 minlik qoşun qruplaşması göndərmişdi. Bu hadisə Krıma müdaxilə olunmasını yada salaraq, geniş həyəcan yaratmışdı. Bundan bir il öncə Amerikanın analitik hərbi oyunlar mərkəzi hipotetik olaraq Rusiyanın Latviya və Estoniyaya hücum etməsi ssenarisini işləyib hazırlamışdı. Hesablanmışdı ki, təcavüzkarın quru qoşunlarının paytaxt şəhərlərə çatmasına cəmi 36 saat vaxt lazımdır. Göründüyü kimi NATO-nun əlində çox az variant qalır və onların da hamısı, demək olar ki, işə yaramayan variantlar olur.Elə bütün bunları nəzərə alan Polşa Müdafiə Nazirliyi Rusiya tərəfindən gələ biləcək açıq təhlükənin qarşısını almaq üçün ABŞ-a onların Polşa ərazisində daimi qalmaq şərti ilə qoşun yerləşdirmələrini təklif edib.
Bu, təlaş deyil. Rusiya bilir ki, NATO üzvü olan istənilən ölkəyə hücum edilməsi prinsipcə bütün digər üzvlərə hücum etmək sayılır və ona görə də, bu, güclü cavab zərbəsi yaradacaq. Rusiya, həmçinin, onu da bilir ki, Trampın müttəfiqlərin dəstəklənməsi ilə əlaqədar səsləndirdiyi bəyanatlarından sonra müdafiəyə çəkiləcək xərclər üzündən, NATO, mübahisəyə girişərək zəifləyib.
Digər tərəfdən Moskva onu da yaxşı bilir ki, Vladimir Putinin dəfələrlə beynəlxalq normaları və sərhədləri pozmasına baxmayaraq, NATO silahlı gücləri buna qarşı hərbi yolla cavab verməyib.Polşanın təklifi reallaşacağı təqdirdə, alyansın bu ölkədə doqquz aydan bir dəyişilməlkə, rotasiya əsasında yerləşdirdiyi azsaylı qruplaşması güclənəcək. Daha doğrusu, həmin qüvvələrin yerini daima bazalaşdırılacaq və yaxşı silahlanmış Amerika silahlı kontingenti tutacaq.
Ən mühümü ondan ibarətdir ki, Polşa bəyan edib ki, yerləşdiriləcək həmin hərbi birləşmələrin xərcinin böyük hissəsini ödəyəcək. Bu məqsədlə Polşa iki milyard dollar vəsait ayıracağını bildirir.Bu Ağ Evi sevindirir. NATO-nun Avropa üzvləri təhlükəsizliklərinin ABŞ tərəfindən təminat altına alınacağını bildikləri üçün, onlar öz silahlı qüvvələrini lazımı səviyyədə maliyyələşdirmək istəmirlər. Son dövrlər isə ABŞ əsaslı olaraq buna öz etirazını bildirir.
Ümumi yekunda belə bir plan Rusiyanın önünün effektli şəkildə kəsilməsini təmin edəcək. Güclü müqavimətlə üzləşəcəklərini gördükləri təqdirdə Rusiya hərbi strateqləri çətin ki, Şərqi Avropada aqressiv fəaliyyətlərə başlamaq istəsinlər.
İndi onlar bilirlər ki, bu regionda NATO güclərinin yalnız adı var.Deyilənlərə görə Pentaqonun bu təklifə ilk reaksiyası müsbət olub. Rusiya və həmçinin də bəzi NATO ölkələri etiraz edərək deyəcəklər ki, bu plan 1997-ci ildə
Rusiya-NATO aktının əsas müddəalarını pozur və həmin akta görə NATO daimi əsaslarla Polşa ərazisində qoşun yerləşdirə bilməz. Əslində isə akt əgər həmin qoşunlar NATO bayrağı altında fəaliyyət göstərdikləri halda pozulmuş sayılır. Amma burada mühüm olan məsələ başqa şeydir.
Krımı zəbt etməklə Rusiya beynəlxalq qanunları pozub və bu, Qərbin güc vasitəsiylə cavab verməsini tələb edir. Belə bir cavab isə yoxdur. NATO bu planı özünün iyul ayında Brüsseldə keçiriləcək sammitində dəstəkləməlidir və həmçinin də, Polşa və ABŞ-ı onun tezliklə həyata keçirilməsinə çağırmalıdır.1980-ci illərin ortasında Qərbi Almaniyada Avropanı qoruyan 250 minlik ABŞ ordusu yerləşdirilmişdi. İndi onların sayı təxminən 90% azalıb. Amma bəzi məlumatlara görə qısa müddət ərzində Rusiya Kalininqrad vilayətində 225 minlik hərbi qruplaşma yerləşdirməyi planlaşdırır.
Putin bu qoşunların ali baş komandanıdır. O, hesab edir ki, Sovet İttifaqının dağılması 20-ci əsrin ən böyük geosiyası fəlakətidir və hər bir fürsətdə Rusiyanın regiondakı təsir imkanlarını gücləndirməyə çalışır. Putin NATO-nun istənilən zəifliyindən və çatışmazlığından istifadə etməyə cəhd göstərir. Rusiya prezidenti NATO-nu Rusiyanı əhatəyə almaqda günahlandırır.
NATO öz gücünü göstərməlidir. Alyansın Ümumi Daxili Məhsullunun iki faizini öz silahlı qüvvələrinə xərcləmək istəməyən varlı ölkələri (ilk növbədə Almaniya) bu vəsaitləri əsgərlərini döyüş bölgəsinə göndərməyə hazır olan müttəfiqlərinin ehtiyaclarına ayırmalıdır.
Avropadakı yeni cəbhə xəttindən Rusiyanı geri çəkməyin yeganə üsulu – ruslar üçün məsrəflərin hədsiz çox olacağını onlara açıq şəkildə bəyan etməkdir.(“The Times”-Böyük Britaniya)